Lənkəranda yol-nəqliyyat hadisəsi nəticəsində piyada dünyasını dəyişib. Bu haqda bu gün, 31 avqust tarixində məlum olub.
44 yaşlı Bürcəli kənd sakini Ağayev Zauru avtomobil vurub. Fiziki qüsurlu olduğu bildirilən Zaur, Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.