Lənkəran şəhəri Hacı Zeynalabdin ilə Nizami küçəsinin kəsişməsində yerləşən piyadalar üçün keçid taxta parçası ilə əvəzlənib. Bu haqda məlumatı bu gün, 10 dekabr tarixində Cenublu.az verir.
Belə ki, xəndəklərin üstü açıq olduğundan, avtomobil yolundan piyada keçidinə keçmək üçün taxta parçası qoyulub. Lakin bir zaman öncə taxta qırılıb və təmir bərpa işlərinin yerinə yenisi ilə əvəz olunub. Bu hal sakinlərin narahatçılığına səbəb olub.
“Bura çox istifadə edilən yoldur. Gündə buradan bəlkə də yüzlərlə insan keçir. Hər zaman taxtanın üstünə ayaq basdıqda qorxuruq. Bunun yaşlısı var, uşağı var. İşdi yenə qırılsa, biri yıxılıb əl-ayağını qırsa kim məsuliyyət daşıyacaq”, – deyə sakinlərdən biri söyləyib.