SON XƏBƏRLƏR

Lənkəran rayonunun cənub-qərbində yerləşən kənddə yol örtüyü yoxdur. Bu haqda bu gün, 2 noyabr tarixində sakinlər Cenublu.az-a müraciət edib.

Lənkəranın Alazəpin kəndində asfalt örtüyü yoxdur. Yağıntılı keçən günlərdə kəndə gedən yol palçıq olur.

“Kəndə gələn alternativ yol yoxdur. Yağış yağdıqdan sonra uşaqların məkətəbə gedib-gəlməyi çətinləşir. Aidiyyatı üzrə müraciətlərimizə baxmayaraq, problem öz həllini tapmır” deyə sakinlərdən biri qeyd edib.

Daha öncə, Cenublu.az Gəgiran, Tuado kəndlərinin yol problemi haqda paylaşım etmişdir.