SON XƏBƏRLƏR

Lənkəranın M.Qarayev adına Zövlə kənd məktəbində təmir-bərpa işləri davam edir. Bu haqda bu gün, 18 avqust tarixində Cenublu.az müxbiri xəbər verib.

Müzəffər Əsədov küçəsində yerləşən məktəbin sahəsində olan hissə artıq asfatlanıb. Əsaslı təmir olunan məktəbdə qapılar və pəncərələr dəyişdirilib.

Məktəbin fasad örtüyünün yenilənməsi işlərinə başlanılıb. Yaşıllaşdırma işlərinə təmirin sonunda başlanılacaq.

640 şagird yerlik M.Qarayev adına Zövlə kənd tam orta məktəbin təmir-bərpa işləri haqda məlumat 2020-ci ilin avqust ayında verilmişdir.