SON XƏBƏRLƏR

Lənkəranın ucqar kəndində sakinlər yararsız halda olan yoldan əziyyət çəkir. Bu haqda məlumat bu gün, 29 oktyabr tarixində Real TV-də paylaşılıb.

Təqribən 70 ailə yaşayan Tuado kəndində, sakinlər kəndə gediş-gəlişin çətin olmasından şikayətlənirlər. Xüsusən tədris ili zamanı, övladlarını təhsil müəssisələrinə aparmaqda əziyyət çəkirlər.

Real TV-də verilən məlumata əsasən, onlar rayon üzrə Tuado kənd icra nümayəndəsi ilə əlaqə saxlayıblar. İcra nümayəndəsi Allahverdi İbrahimov bildirib ki, kənd ucqar ərazidə yerləşdiyindən oranın yolları daş örtüklüdür.

Allahverdi İbrahimov qeyd edib ki, həmin kəndə yol çəkilməsi gözlənilir və dövlət planına daxil edilib.