Lənkran şəhərinin əsas küçələrinin birində çalalar sürücüləri narahat edir. Bu haqda bu gün, 27 noyabr tarixində Cenublu.az xəbər verir.
Belə ki, şəhərin Zərifə Əliyeva küçəsində çalaların sayı həddindən artıq çoxdur.
“Bu çuxurlar həqiqətən problem yaradır. Avtomobili çalalardan qaçırdanda qəza şəraiti yaranır, qaçırtmayanda avtomobil sıradan çıxır. Bu çuxurlara görə avtomobil üçün olan xərclər daim artır” deyə şəhər sakini bildirib.

