SON XƏBƏRLƏR

Lənkəran şəhəri mərkəzi küçələrinin kəsişməsində yerləşən piyada yolunun müəyyən hissəsi yarasız haldadır. Bu haqda məlumat bu gün, 11 noyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, Qala Xiyabani və Həzi Aslanov küçələrinin kəsişməsindəki piyada yolunun müəyyən hissəsi dağılıb, digər hissəsində isə döşəmə örtüyü yoxdur.

“Yağış yağdıqda döşəmə olmayan hissə palçıq olur. Avtomobilimizi saxlayıb düşə bilmirik. Şəhərin mərkəzi olmasına baxmayaraq, bir tədbir görülmür”- deyə sakinlərdən biri söyləyib.

“Bura şəhərimizin mərkəzidir. Turizm zonasıdır. İstər istəməz bütün turistlər, şəhərimizin qonaqları buradan keçir. Lakin gördükləri mənzərə heç də ürəkaçan deyil”- deyə digər sakin qeyd edib.

“Ətrafda məşhur restoranlar var. Əksəriyyət avtomobillərini bu ərazidə saxlayıb ora gedir. Lakin yağış yağdıqda bunu etmək mümkün olmur. Ərazi palçıq içində olur” – digər sakin deyib.

Qeyd edək ki, Cenublu.az-ın işıqlandırdığı oxşar problem 10 noyabr tarixində həll olunmuşdur.