SON XƏBƏRLƏR

Lənkəran şəhərinin bəzi küçələrində yol örtüyü yararsız vəziyyətdədir. Bu haqda məlumat bu gün, 21 sentyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, şəhərin Hacı Zeynalabdin döngə 1 və Mircəmal Əbülfətov küçələrində asfalt yararsız vəziyyətdədir. Sakinlərin sözlərinə görə, yağış yağdıqda yol tam yarasız hala düşür və sakinlərin gediş-gəlişi çətinləşir.

Qeyd edək ki, daha öncə Cenublu.az Lənkəranın digər küçələrindəki asfalt problemini işıqlandırmışdır.

 

Foto Cenublu.az
Foto Cenublu.az