SON XƏBƏRLƏR

Lənkəran rayonu İstisu qəsəbəsində asfalt yararsız haldadır. Bu haqda məlumat bu gün, 4 noyabr tarixində Cenublu.az-a daxil olub.

Sakinlərin sözlərinə görə, qəsəbənin əksər yollarında bu cür çuxurlar əmələ qəlib. “Bizim qəsəbə şəhər tipli olmasına baxmayaraq, yollarımız pis vəziyyətdədir. Yağış yağdıqda asfaltda əmələ qələn çuxurlar su ilə dolur. Bütün payız və qış boyunca su qurumur. Avtomobillər keçərkən istər-istəməz çuxura düşürlər və yol qırağındakı piyadalar yaş olurlar” – onlar deyiblər.

Qeyd edək ki, İstisu qəsəbəsi 1932-ci ildə təməli qoyulmuş şəhər tipli qəsəbədir, 3630 nəfər əhalisi var.

Foto Cenublu.az
Foto Cenublu.az