Lənkəran şəhəri Koroğlu küçəsindəki xəndəklər təmizlənmir. Bu haqda məlumat bu gün, 21 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Sakinlərin sözlərinə görə, xəndəklər aidiyyatı qurumlar tərəfinən kol-kos və alaq otlarından təmizlənib. “Bilmirik tullantıları bura kim atır. Yığışdırırlar, lakin bir vaxt keçəndən sonra yenə eyni mənzərə ilə qarşılaşırıq. Pis qoxudan ərazidən keçmək olmur” – deyə bir sakin söyləyib.
“Zibillər xəndəkin yolunu tutur, yağış yağdıqda su daşır. Nəticədə pis qoxu və antisanitar vəziyyət yaranır” – digər sakin qeyd edib.