SON XƏBƏRLƏR

Lənkəran şəhərinin bir sıra küçələrində asfaltla bağlı problem var. Bu haqda məlumat bu gün, 14 sentyabr Cenublu.az-a daxil olub.

Belə ki, şəhərin Vaqif Məmmədov, Salman Baxşıyev, Axund Molla Baba, Azad İsmayılov və Arif Bağırov küçələrində asfalt dağılıb.

Sakinlərin sözlərinə görə, yağışlı havada asfaltda əmələ gələn çökəkliklər su ilə dolur. Bu da gediş-gəlişə çətinlik yaradır.

Qeyd edək ki, Cenublu.az daha öncədə Lənkəran şəhərində asfaltla bağlı problemdən yazmışdır.

Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az
Foto Cenublu.az