SON XƏBƏRLƏR

Lənkəran şəhəri Nizami və Müzəffər Nəsirli küçələrinin kəsişməsindəki yolu su basıb. Bu haqda məlumat bu gün, 12 noyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, Cəfər Cabbarlı adına musiqi məktəbinin qarşısındakı küçədə kanalizasiya sistemi olmadığından bu hal mütəmadi olaraq baş verir.

“Hər yağışda xəndəklər təmizlənmədikdən dolub daşırlar. Kanalizasiya sistemi yoxdur. Asfaltdakı çuxurlarda bir yannan. Uşaqlarımızı musiqi məktəbinə gətirərkən çətinlik çəkirik. Avtomobillər yoldan keçərkən çuxura düşüb, piyadaların üst-başını palçıq edirlər. Ümudvarıq ki, kanalizasiya sistemi nə vaxtsa düzələcək” – sakinlərdən biri deyib.