SON XƏBƏRLƏR

Lənkəran şəhəri mərkəzi küçələrinin kəsişməsindəki piyada zolağı silinib. Bu haqda məlumatı bu gün, 19 noyabr tarixində Cenublu.az verir.

Bu hal şəhərin Zərifə Əliyeva və Həzi Aslanov küçələrinin kəsişməsində yerləşən yolda müşahidə olunur.

“Şəhərin köhnə sakinləri bilirlər ki, zolaq bu ərazidə olub. Lakin cavanlar və şəhərimizin qonaqları yolu haradan gəldi keçirlər. Bu hal həm piyadalar, həm də sürücülər üçün təhlükəlidir” – deyə sakinlərdən biri söyləyib.

“Şəhərimizin bir çox yerlərində zolaq silinib. Lakin bura mərkəzi küçədir. Hər gün yüzlərlə insan buradan keçir. Ətrafda universitet də yerləşir. Zolağı təzələmək böyük bir vəsait də tələb etmir. Şəhəri tanımayanlar üçün bu çox təhlükəlidir”- digər sakin deyib.