Lənkəran şəhəri Koroğlu və Zərifə Əliyeva küçələrinin kəsişməsində yerləşən piyada keçidinin müəyyən hissəsi yararsız haldadır. Bu haqda məlumat bu gün, 9 noyabr tarixində Cenublu.az-a daxil olub.
Piyada keçidinin yararsız olması səbəbindən vətəndaşlar avtomobil yolundan istifadə etmək məcburiyyətində qalırlar. Bu hal həm sürücülər, həm də piyadalar üçün təhlükə yaradır.
Qeyd edək ki, Cenublu.az daha öncə Zərifə Əliyeva döngə 4 küçəsindəki oxşar problemi işıqlandırmışdır.