SON XƏBƏRLƏR

Lənkəran şəhərində mərkəzi küçələrdən birinin asfaltı dağılıb. Bu haqda məlumatı bu gün, 24 noyabr tarixində Cenublu.az verir.

Belə ki, şəhərin Şah İsmayıl küçəsinin sakinlərinlərinin sözlərinə görə, 3 ay öncə küçədə qazıntı işləri aparılmışdır.

“Sonuncu dəfə küçəmizə asfalt 15 il əvvəl çəkilib. Təzəlikcə qazıntı işləri aparıblar və asfaltı dağıdıblar. Bir neçə dəfə müvafiq qurumlara müraciət etmişik”, – deyə sakinlərdən biri söyləyib.

“Bura məkrəzi küçələrdən biridir. Su xətlərini çəkəndə küçəmizi qazdılar. Düşündük ki, birdəfəlik asfaltı da yeniləyərlər. Amma əksinə vəziyyət daha da çətinləşdi” – digər sakin deyib.