SON XƏBƏRLƏR

Lənkəran şəhəri Zərifə Əliyeva küçəsində gecə saatlarında yol-nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumat bu gün, 27 sentyabr Cenublu.az-a daxil olub.

“Vaz 2106” markalı avtomobil yoldan keçən piyadanı vurub. Şahidlərin sözlərinə görə, piyada telefonla danışarkən yolu keçib və hərəkət edən avtomobilin önünə qəflətən çıxıb.

Piyadanın sol ayağının diz hissəsindən sınması ehtimal olunur. O, dərhal Lənkəran Mərkəzi Xəstəxanasına aparılıb və əməliyyata alınıb.

Faktla bağlı araşdırma aparılır.