SON XƏBƏRLƏR

Lənkəran rayonu İ.Mahmudov adına Liman şəhərinin 1 nömrəli tam orta məktəbinin qarşısındakı piyada zolağı silinib. Bu haqda məlumatı bu gün, 28 fevral tarixində Cenublu.az verir.

Belə ki, sakinlərin sözlərinə görə zolağın silinməsi həm piyada, həm də sürücülərin arasında çaşqınlıq yaradır.

“Burada piyada keçidi nişanı var, lakin zolaq silinib. Hər gün yüzlərlə məktəbli bu yoldan keçir. Zolağın olmaması onlar üçün təhlükə yaradır. Bəzi təcrübəsiz sürücülər zolağın silindiyini görüb düşünürlər ki, yol onlarındır. Xahiş edirik aidiyyəti qurumlar məsələyə nəzər salsınlar”, – deyə valideyinlərdən biri söyləyib.