SON XƏBƏRLƏR

Lənkəran şəhəri Şixəli Qurbanov küçəsində asfalt örtüyü yoxdur. Bu haqda məlumatı bu gün, 29 noyabr tarixində Cenublu.az verir.

Belə ki, sakinlərin sözlərinə görə, küçədə heç vaxt asfalt olmayıb. “Demək olar ki, hər il öz hesabımıza əraziyə “şeben” tökürük. Lakin bu il bunu etməyə imkanımız yoxdur. Aidiyatı qurumlara müraciət etmişik. Lakin konkret bir cavab ala bilməmişik” – deyə sakinlərdən biri söyləyib.

“Ən çox əziyyəti payız-qış aylarında keçiririk. Yağışdan sonra yol keçilməz olur. Çökəkliklər su ilə dolur. Axı bura şəhərdir, həm də mərkəzə yaxın ərazidir. Problemin həll olunmasını çox istərdik” – digər sakin söyləyib.