Lənkəran şəhərinin mərkəzi küçələrinin birində təmir-bərpa işləri gedir. Bu haqda Cenublu.az-a 10 sentyabr tarixində məlumat daxil olub.
Şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsində asfalt örtüyünün altından keçən su turbasında sızıntı qeydə alınıb. “Azərsu”
ASC əməkdaşları hadisə yerinə cəlb olunaraq təmir-bərpa işlərinə başlayıblar.
Nəqliyyat hərəkətinin sıx olduğu H.Z.Tağıyev küçəsində tıxacın qarşısının alınması üçün sürücülərə alternativ yollardan istifadə edilməsi məsləhət görülür.
