Lənkəranda yol nişanlarının ağac budaqlarının arxasında qalması sürücülərə çətinlik yaradır. Bu haqda bu gün, 6 oktyabr tarixində Cenublu.az-a məlumat daxil olub.
Sözügedən problemlər şəhərin mərkəzi küçələri olan Zərifə Əliyeva, 3 nömrəli məktəbə gedən yolda və Hacı Zeynalabdin Tağıyev qeydə alınıb. Bildirilir ki, ağaclar budanmadığından bu problem yaranır.
“Mən illərdir ki, Lənkəranda yaşayıram və öyrəşdiyimə görə diqqətli oluram belə anlarda. Lakin Lənkəran turistik zonadır, bura digər rayonlardan gələn sürücülər hər an qəzaya uğraya bilirlər” deyə sürücülərdən biri öz müraciətində bildirir.
Cenublu.az olaraq sürücülərdən bu cür hallarda diqqətli olmaqlarını xahiş edirik.