SON XƏBƏRLƏR

Lənkəran şəhərinin əsas dörd yollarından birində işıqfor işləmir. Bu haqda məlumat bu gün, 9 noyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, şəhərin Kürə dörd yolunda (Füzuli küçəsi ilə Bakı-Astara köhnə magistralının birləşdiyi yol) bu gün səhər saatlarından işıqfor işləmir.

Qeyd edək ki, işıqforun işləməməsi və buranın əsas dörd yol olması sürücülərə qəza şəraiti yaradır. Hamını ehtiyatlı olmağa çağırırırq!