Lənkəranlı gənclər üçün bir-birindən maraqlı və fərqli fəaliyyətləri olan həftəlik plan hazırlanıb. Bu haqda bu gün, 25 oktyabr tarixində Gənclərin İnkişafı və Karyera Mərkəzinin (GİKM) Lənkəran nümayəndəliyinin rəsmi İnstagram səhifəsində paylaşılıb.
26 – 29 oktyabr tarixlərində keçiriləcək tədbirlər aşağıdakılardır:
26 oktyabr tarixində “Kinoklub” layihəsi çərçivəsində “Şəhidlərimiz” haqqında sənədli filmlər nümayiş olunacaq.
27 oktyabr tarixində dəqiqliyi ilə almanlardan geri qalmayan lənkəran gəncləri “Alman dili danışıq klubu” layihəsi çərçivəsində “Alman dəqiqliyi”-dən danışacaqlar.
28 oktyabr tarixində O.Mirzəyev adına qarışıq tipli uşaq evində “Şəxsi inkişaf təlimləri” keçiriləcək.
29 oktyabr tarixində gəncləri 2 tədbir gözləyir. İlk olaraq “Vətənpərvərlik Klubu” layihəsi, davamında isə “İngilis dili danışıq klubu” keçiriləcək.