SON XƏBƏRLƏR

Lənkəran rayonu Mamusta kəndinin yolları yararsız haldadır. Bu haqda məlumatı kənd sakinləri Cenublu.az-a bu gün, 23 noyabr tarixində veriblər.

Onların sözlərinə görə, bura kəndin mərkəzi yolu olduğuna görə, gediş-gəliş çox olur. “Yolda əmələ gələn çökəkliklərə görə yağış yağdıqda yoldan istifadə edə bilmirik. Avtomobillər də dəfələrlə ora düşərək ciddi ziyan alıblar” – deyə sakinlərdən biri qeyd edib.

“Kəndimiz çox gözəldir, bir tək yolları abadlaşsa lap yaxşı olar. Yayda yenə birtəhər yola veririk, amma qışda çox əziyyət çəkirik. Avtomobillər çalaların üstündən keçəndə istər-istəməz üst-başımız palçıq olur. Xahiş edirik bizim problemimizə səs versinlər”- deyə digər sakin söyləyib.

Qeyd edək ki, Cenublu.az daha öncə  Şiləvar, Günəhir, Narbağı, Digah, Gəgiran, CilAlazəpin kəndlərinin yol problemlərini işıqlandırmışdır.