SON XƏBƏRLƏR

Lənkəran şəhəri Anar Mahmudov küçəsində yağışdan sonra problemlər yaranıb. Bu haqda məlumat bu gün, 29 sentyabr Cenublu.az-a daxil olub.

Belə ki, küçədə xəndəklər təmizlənmədikdən ilk yağışdan sonra onlar daşmağa başlayıblar. Nəticədə ətrafda olan evləri su basıb. Həmçinin, küçədə asfalt olmadığından, çökəkliklər su ilə dolub və nəticədə hərəkət çətinləşib.

Qeyd edək ki, bu küçədən hər gün şagirdlər məktəbə gediş-gəliş üçün istifadə edirlər.