Lənkəran şəhəri Şah İsmayıl Xətai küçələrinin dalanlarında asfalt yoxdur. Bu haqda məlumat bu gün, 11 sentyabr Cenublu.az-a daxil olub.
Sakinlərin sözlərinə görə, yağışdan sonra asfaltda yaranan çöküntülərə su dolur.
Uşaqlar məktəbə gedib-gəldikdə həmin çöküntülərə düşüb palçığa bulaşırlar. Özləri isə rezin çəkmə geyinmək məcburiyyətində olurlar.
Qeyd edək ki, Cenublu.az daha öncə də oxşar problem haqda məlumat vermişdir.

