Lənkəran şəhəri “Raypo” adlanan ərazidə asfalt yararsız haldadır. Bu haqda məlumat bu gün, 6 noyabr tarixində Cenublu.az-a daxil olub.
Belə ki, Talışınski küç. 44 ünvanında yaşayan sakinlər yol örtüyünün olmamasından narahatdırlar. “Yağış yağdıqda yol palçıq olur. Gedib-gələ bilmirik. Marşrut işləmir. Uşaqları məktəbə çətinliklə göndəririk”- deyə bir sakin söyləyib.
“Problemimiz tək asfalt deyil. Həmçinin yolda işıqlandırma yoxdur. Hava qaralanda itlərin əlindən küçəyə çıxa bilmirik” – digər sakin deyib.
Qeyd edək ki, Cenublu.az daha öncə “Raypo” ərazisinin işıq problemi haqda yazmışdır.