SON XƏBƏRLƏR

Lənkəran şəhəri Təzə məhəllə adlanan ərazidə küçəni su basıb. Bu haqda məlumat bu gün, 30 sentyabr Cenublu.az-a daxil olub.

Sakinlərin sözlərinə görə, yağan intensiv yağışlar nəticəsində küçəni su basıb və hərəkət iflic olub. “Evimizdən bayıra addım ata bilmirik, rezin çəkmələr belə kömək etmir” – deyə bir sakin qeyd edib. Digər sakin isə kanalizasiya sisteminin olmadığını bildirib.

Qeyd edək ki, son günlərdə Lənkərana düşən yağıntının miqdarı 56 millimetr təşkil edib. Bu da aylıq normanın 33%-dir.