Lənkəran şəhəri Mirzə Fətəli Axundov küçəsinin sakinləri bu gün, 12 noyabr tarixində Cenublu.az-a müraciət ediblər.
Onların sözlərinə görə, küçənin yeni çəkilmiş asfalt yolu var idi. Lakin bir neçə vaxt öncə aparılan qazıntı işləri nəticəsində asfalt qazılmışdır. Daha sonra örtük vurulsada, yolda çuxurlar əmələ gəlib.
“Çox rahat yolumuz var idi, ancaq təmir işlərindən sonra müvafiq qurumun əməkdaşları yolumuzu qazaraq bərbad hala qoydular. Hər dəfə yağış yağdıqda çuxurlar su ilə dolur. Avtomobil ora düşərək həm özünə ziyan vurur, həm də piyadaların üstünə su sıçradır” – deyə sakin söyləyib.