Lənkəran şəhəri Məmməd Əsədov küçəsinin yol örtüyü sürücülərə narahatlıq yaradır. Bununla bağlı onlar bu gün, 5 yanvar tarixində Cenublu.az-a müraciət ediblər.
Belə ki, sürücülərin sözlərinə görə, yolda əmələ gələn dərin çökəkliklər onların ünvana çatma vaxtını xeyli artırır.
“Hər 3 metrdən bir çökəkliklər var. 2 dəqiqəlik yolu ən azı 10 dəqiqəyə gedirik. Üstəlik də avtomobillər tez-tez çuxura düşüb, xarab olurlar. Qazancımız ustalara gedir”, – deyə sürücülərdən biri söyləyib.
