Axar suların maneəsiz keçməsi üçün Lənkəran şəhərində xəndəklərin təmizlənməsi davam edir. Bu haqda məlumatı bu gün, 20 noyabr tarixində Cenublu.az verir.
Belə ki, şəhərin Hacı Zeynalabdin Tağıyev küçəsindəki xəndəklər Mənzil Kommunal İstismar İdarəsi (“Jek”) tərəfindən təmizlənib.
Qeyd edək ki, əsən güclü küləklərin və xəndəklərin üstünün qapalı olmaması nəticəsində H.Z.Tağıyev küçəsindəki xəndəklər kol-kos və tullantılarla dolmuşdur.