SON XƏBƏRLƏR

Lənkəran şəhəri Məhəmməd Əsədov küçəsində yol yararsız haldadır. Bu haqda məlumatı sakinlər bu gün, 18 noyabr tarixində Cenublu.az-a veriblər.

Müraciətdə qeyd olunur ki, təxminən 1000 metrlik məsafədə asfalt örtüyü yoxdur. Yağış yağanda küçə palçıq olur, hərəkət məhdudlaşır.

“Keçən il 1200 manat toplayıb küçəyə çınqıl, şeben tökdürmüşük. Hər il yeniləmək lazımdır, amma buna bizim gücümüz çatmır” – deyə sakinlərdən biri söyləyib.

“Yolda əmələ gələn çuxurlar yağışdan sonra su ilə dolur. Payız və qış aylarını biz palçıq içində keçiririk” – deyə digər sakin qeyd edib.

“Xəndəkləri kol-kos basıb. Hər dəfə özümüz təmizləyirik. Bələdiyyəyə müraciət etmişik. Ümidvarıq ki, problemlərimiz öz həllini tapacaq”- digər sakin deyib.