Lənkəran rayonunun kəndlərində yağan yağışlardan sonra hərəkət çətinləşib. Bu haqda məlumat bu gün, 30 sentyabr Cenublu.az-a daxil olub.
Belə ki, rayonun Şiləvar və Separadi-Tükəvilə kəndlərinin arasındakı yolu su basıb. Nəticədə hərəkət etmək çətinləşib.
Sakinlərin sözlərinə görə, kanalizasiya sisteminin olmaması və yağıntının normadan artıq yağması səbəb olub.
