SON XƏBƏRLƏR

Lənkəran rayonu Göyşaban kəndinin yolları yararsız vəziyyətdədir. Bu haqda məlumatı bu gün, 27 noyabr tarixində Cenublu.az verib.

Sakinlərin sözlərinə görə, yağış yağdıqda ərazidən keçmək olmur. “Bəzi hallarda bu yoldan heç avtomobildə keçə bilmir. Palçıq dizəcən olur. Xahiş edirik müvafiq qurumlar kəndimiz yollarını qözdən keçirsinlər” – deyə sakinlərdən bri söyləyib.

Qeyd edək ki, Cenublu.az daha öncə Göyşaban kəndinin küçələrinin yağışdan sonra su içində olması haqda yazmışdır.

Foto Cenublu.az
Foto Cenublu.az