SON XƏBƏRLƏR

Lənkəran rayonu Şiləvar kəndində məktəbə gedən yol yararsız haldadır. Bu haqda məlumat bu gün, 28 sentyabr Cenublu.az-a daxil olub.

Sakinlərin sözlərinə görə, şagirdlər məktəbə getməyə əziyyət çəkirlər. “Hava yağıntılı olanda məcburən uşağa rezin çəkmə qeyindiririk, uşaq məktəbə çatanda ayaqları palçıq olur”- deyə bir valideyn söyləyib.

“Şəms şadlıq sarayının yanında ki yolun 200 metrinə öz hesabımıza çınqıl daş tökmüşük və iki dəfə yeniləmişik. Bu əraziyə tökməyə isə vəsaitimiz çatmır”- digər valideyn deyib.

Foto Cenublu.az
Foto Cenublu.az