SON XƏBƏRLƏR

Lənkəran rayonu Günəhir kəndinə gedən yol yararsız haldadır. Bu haqda məlumatı bu gün, 17 noyabr tarixində Cenublu.az verir.

Belə ki, sakinlərin sözlərinə görə ərazidə heç vaxt asfalt döşəmə olmayıb.

“Bizim kənddən hər gün şəhərə onlarla tələbə, şagird, işləyənlər gedirlər. Hər gün bu yoldan keçmək məcburiyyətində qalırıq”- sakinlərdən biri deyib.

“Yağış yağdıqda dizə kimi palçıq oluruq. Bütün qışı rezin çəkmədə keçiririk. Avtomobili olmayanlar isə daha da çətin vəziyyətdədilər”- digər sakin söyləyib.

Qeyd edək ki, Cenublu.az daha öncə Narbağı, Digah, Gəgiran, CilAlazəpin kəndlərinə gedən yolların yararsız olması haqda yazmışdır.