SON XƏBƏRLƏR

Lənkəran şəhərinin Hacı Nəsir, Nizami və Hacı Zeynalabdin küçələrində piyada yolları yenidən qurulur. Bu haqda məlumat bu gün, 10 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, şəhərin qeyd olunan küçələrində köhnə tametlər yenisi ilə əvəzlənir. Hal-hazırda ərazilərdə yenidənqurma işləri davam edir.

Qeyd edək ki, Lənkəranda döşəmələrin yenilənməsi işlərinin davam ediləcəyi gözlənilir.