Lənkəran şəhəri Salman Baxşıyev küçəsində xəndəklər daşıb. Bu haqda məlumat bu gün, 2 oktyabr tarixində Cenublu.az-a daxil olub.
Sakinlərin sözlərinə görə, xəndəklər vaxtı-vaxtında təmizlənmədiyindən, yağış yağdıqda daşıblar. Bu da asfaltda olan çökəkliklərin su ilə dolması ilə nəticələnir.
“Evimizə girib – çıxa bilmirik, hər tərəf sudur. Məktəbə, işə getdikdə üst-başımız palçıq olur” – dəyə bir sakin söyləyib.
Qeyd edək ki, daha öncə də Cenublu.az şəhərin Zərifə Əliyeva küçəsindəki daşan xəndəklər haqda yazmışdır.