Lənkəran şəhərinin mərkəzi küçəsində piyada zolağının olmaması sürücülər və piyadalar üçün çətinlik yaradır. Bu haqda bu gün, 8 dekabr tarixində Cenublu.az xəbər verir.
Belə ki, şəhərin Şəhidlər Xiyabanı küçəsində iki hərəkət hissəsi olan yolda piyada keçidini müəyyən edən işarə var. Lakin piyada zolağının həmin ərazidə olmaması piyadalar üçün yolu keçib keçməməkdə tərəddüd yaradır.
“Axşam saatlarında bəzən işarəni görmək çətin olur. Yolda piyada zolağı olsa, sürücülərə və piyadalara rahat olar”, – deyə sürücü qeyd edib.
Həmçinin sakinlər qeyd edib ki, yolun iki hərəkət hissəsi olmasına baxmayaraq, yol ayrıcının olmaması çaşqınlığa gətirib çıxarır.