Lənkəranın mərkəzi küçəsində piyada keçidinə zəruriyyət var. Bununla bağlı bu gün, 8 noyabr tarixində şəhər sakinləri Cenublu.az-a müraciət ediblər.
Şəhərin Zərifə Əliyeva küçəsininin bu hissəsində piyada keçidinin olmamasından son 1 ayda 2 qəza hadisəsi qeydə alınıb. Hər iki qəza ilə bağlı Cenublu.az oxuculara məlumat vermişdir.
Küçənin bu hissəsi kütlənin çox olduğu yerdir. Burada şəhərin ən böyük ticarət mərkəzlərindən biri olan “Ucuzluq” univermağı yerləşir.
Həmçinin sakinlər qeyd edir ki, Lənkəran Mədəniyyət mərkəzində yüzlərlə məktəbli peşə biliklərinə sahib olurlar. Məhs bu ərazi məktəblilər üçün çətinlik yaradır.