Lənkəran şəhəri Nizami və Şeyx Zahid küçələrindəki xəndəklərə tullantılar atılır. Bu haqda məlumat bu gün, 1 noyabr tarixində Cenublu.az-a daxil olub.
Sakinlərin sözlərinə görə, Nizami küçəsi 3 nömrəli məktəbin qarşısındakı xəndəklər xeyli müddətdir ki təmizlənmir. “Bu ərazi bazara yaxın olduğundan və ətrafda zibil qutuları olmadığından tullantılar xəndəklərə atılır”- deyə sakin deyib.
“Şeyx Zahid küçəsində xəndəklər yararsız haldadır. Yağış yağdıqda su getmir və küçəni su basır”- deyə sakinlərdən biri söyləyib.