Lənkəran şəhəri Məhəmməd Füzuli küçəsində Lənkəran Dövlət Universitetinin (LDU) 1-ci korpusunun yanında həftəsonu qəza baş vermişdir. Bu haqda Cenublu.az müxbiri xəbər verir.
99-DU-601 dövlət qeydiyyat nişanlı “Mitsubishi” markalı avtomobil idarəetməni itirərək LDU-nun hasarına çırpılıb. Nəticədə avtomobilə və universitetin hasarına ciddi zərər dəyib. Xəsarət alan yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 15 avqust tarixində Lənkəranın Xanbulan kəndi ərazisində 24 yaşlı Samid Xudatlı yolu keçən həmkəndlisi 27 yaşlı Süsən Babayevanı vurub.