SON XƏBƏRLƏR

Lənkəran şəhərində təmir-bərpa və abadlıq işləri aparılır. Bu haqda məlumatı bu gün, 24 noyabr tarixində şəhər İcra Hakimiyyətinin rəsmi Facebook səhifəsi verib.

Belə ki, Qala Xiyabani küçəsində sıradan çıxmış döşəmə sökulərək yeni mərmər qarışıqlı beton plitələrlə əvəzlənib. M.Ə.Rəsulzadə, Hacı Nəsir, H.Z.Tağıyev və T.Abdullayev küçələrində səkilərə beton plitələr (tamet) və bordürlər düzülüb.

Daha sonra, Həzi Aslanov, Qala Xiyabani küçəsi 1, Akademik Zərifə Əliyeva  küçəsi 78/7, 78/22 və Şəhidlər Xiyabanı küçəsi 153 ünvanlarda yerləşən çoxmənzilli yaşayış binalarının pilləkən qəfəsləri, fasadları təmir olunaraq rənglənib, blok pəncərələr və çıxış qapıları yenisi ilə əvəz olunub.