SON XƏBƏRLƏR

Lənkəran rayonun Kərgəlan kəndində yol nəqliyyat hadisəsi baş verib. Bu haqda məlumat bu gün, 3 noyabr tarixində Cenublu.az-da daxil olub.

Belə ki, kəndin mərkəzində yerləşən Kərgəlan dairəsində qəza baş verib. Dairədən “Vaz 2107” markalı avtomobil digər “Vaz 2107” markalı avtomobil ilə toqquşub.

Avtomobilləri ciddi zərər dəyib. Xəsarət alan olmayıb.

 

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.