Bu dəfə “Kəndimiz mərkəzdə” layihəsi Bürcəli kəndində baş tutacaq. Bu haqda məlumat bu gün, 22 sentyabr Gənclərin İnkişaf və Karyera Mərkəzinin rəsmi facebook səhifəsində paylaşılıb.
Layihə çərçivəsində kəndlərdə mərkəz haqqında təqdimat, əyləncəli və intellektual oyunlar, açıq havada kino nümayişi və s. təşkil olunacaq.
GİKM-in Lənkəran nümayəndəliyinin “Kəndimiz Mərkəzdə” layihəsi Lənkəran Şəhər İcra Hakimiyyətinin, Lənkəran Regional Mədəniyyət İdarəsinin dəstəyilə və “Farah Printshop”un sponsorluğu ilə keçirilir.
Qeyd edək ki, daha öncə layihə Lənkəran rayonunun Boladi kəndində baş tutmuşdur.