SON XƏBƏRLƏR

Cəlilabad sakinləri kənd yollarının təmir olunacağı günü gözləyirlər. Bu haqda bu gün, 27 dekabr tarixində Cenublu.az Xəzər TV-yə istinadən xəbər verir.

Sözügedən yol rayonun Güneyli kəndində yerləşir. Sakinlər bildirirlər ki, yol sonuncu dəfə sovetlər dönəmində təmir olunub. Indi yollar palçıqlı olduğundan hərəkət etmək müşkülə çevrilib.

Havalar yağıntılı keçdiyi zaman yol ilə hərəkət etmək mümkün olmur. Qonşu kəndə təhsil almağa yollanan uşaqların isə işi çətin olunur.

Məsələ ilə bağlı Cəlilabad RİH-nin memarlıq və tikinti şöbəsindən bildirilib ki, 2022-2026-cı illər dövlət investisiya proqramı çərçivəsində ümumi uzunluğu 33 km olan Hamarqışlaq, Qaraağac, İncilli, Xəlilabad, Güneyli, Soyuqbulaq və digər kəndlərin yollarının təmiri nəzərdə tutulub. Bu illər ərzində proqram çərçivəsində yolların təmiri hissə-hissə başa çatacaq.