Cəlilabad rayonunun Göytəpə şəhəri ərazisində yolların təmiri davam edir. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 noyabr tarixində verir.
Vətəndaşlar tərəfindən Göytəpə bələdiyyəsinə ödənilən vergi və rüsumlardan daxil olan vəsait hesabına Göytəpə şəhərində İmadəddin Nəsimi küçəsinə çınqıl materialı tökülüb və xüsusi texnika vasitəsilə hamarlanaraq təmir işləri aparılıb.