SON XƏBƏRLƏR

Lənkəranda yağan yağışlar nəticəsində yolda göl yaranıb. Bu haqda bu gün, 7 dekabr tarixində Cenublu.az  xəbər verir.

Sözügedən hadisə Göyşaban kəndində baş verib. “Təzə məhəllə” adlanan yerdə kanalizasiya xətti olmadığından yağan yağış yolda yığılıb qalır. Sakinlər qeyd edir ki, onlar evlərinə taksi ilə gedəndə sürücü onlardan əlavə ödəniş istəyir.

Sakinlər məcbur qalaraq, gölün qırağında qalmış kiçik yolla addım-addım irəliləyirlər.