SON XƏBƏRLƏR

Lənkəran rayonu Göyşaban kəndinin küçələri su içindədir. Bu haqda məlumat bu gün, 5 oktyabr tarixində Cenublu.az-a daxil olub.

Belə ki, kəndin sakinlərinin sözlərinə görə, payız və qış boyu yağıntılı havada kənd bu vəziyyətdə olur. “Payızda yağan yağış bahara kimi qurumur, asfaltda çökəklik çox dərindir”- deyə bir sakin söyləyir.

Digər sakin isə gediş-gəlişin çətinliyindən danışdı: “Bəzən su o qədər dərin olur ki, rezin çəkmələr belə kömək etmir, uşaqlar məktəbə, biz isə işə gedib-gələ bilmirik”.

Qeyd edək ki, Cenublu.az daha öncə Göyşaban kəndinin su və yandırılan tullantıları haqda yazmışdır.