SON XƏBƏRLƏR

Lənkəran şəhəri Zərifə Əliyeva və Koroğlu küçələrinin kəsişməsindəki piyada yolunda təmir-bərpa işləri başlayıb. Bu haqda məlumat bu gün, 13 oktyabr tarixində  Cenublu.az-a daxil olub.

Belə ki, aşma təhlükəsi olan ağır ağacın kəsilməsi və piyada yoluna düşməsi nəticəsində səki yararsız hala düşmüşdür. Nəticədə piyada yolu qismən dağılmışdır. Bu gün, 13 oktyabr tarixində aidiyyatı qurumlar tərəfindən ərazidə təmir-bərpa işləri başlayıb.

Qeyd edək ki, Cenublu.az 12 oktyabr tarixində bu haqda paylaşım etmişdir.