Cənub bölgəsində dumanlı hava səbəbindən yollarının bəzi hissələrində görmə məsafəsi məhdudlaşa bilər. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.
13 dekabrda, əsasən, gecə və səhər saatlarında dumanla əlaqədar Masallı-Yardımlı, Ələt-Astara, Lənkəran-Lerik magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsinin 200-700 metrədək məhdudlaşacağı proqnozlaşdırılır.
Bildirilib ki, dağlıq rayonlarda şaxtalı hava şəraiti ilə əlaqədar olaraq yolların buz bağlayacağı ehtimalı var.